Dünya

Sualtı qayıq İran gəmisinə hücum edib: 101 nəfərdən xəbər yoxdur, xeyli yaralı var

04 Mar 2026, 14:08 2 baxış
Sualtı qayıq İran gəmisinə hücum edib: 101 nəfərdən xəbər yoxdur, xeyli yaralı var
İranın hərbi gəmisi olan "IRIS Dena" Şri-Lanka sularında sualtı qayığın hücumuna məruz qalıb. Oxu.Az xəbər verir ki, bu barədə yerli hökumət KİV-i məlumat yayıb. Xəbərə görə, gəmi Qalle sahillərindən təxminən 40 dəniz mili məsafədə olub. Ümumilikdə gəmidə təxminən 180 nəfərin olduğu bildirilib. "Reuters"in məlumatında isə qeyd edilir ki, nəticədə 101 nəfər itkin düşüb, azı 78 nəfər yaralanıb. Məlumata görə, Şri-Lanka hərbçiləri təxminən 30 nəfəri xilas edib. "Qalle sahillərində təhlükəli vəziyyətə düşən gəminin İrana məxsus olduğu müəyyən edilib. Hərbi Dəniz və Hərbi Hava qüvvələri birgə xilasetmə əməliyyatı həyata keçirir", - deyə Şri-Lankanın müdafiə nazirinin müavini Aruna Cayasekara bildirib. Xilas edilən şəxslər xəstəxanaya yerləşdiriliblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər