Dünya

Yaxın Şərqdə gərginlik: Çinin neft və gəmiçilik şirkətlərinin səhmləri ucuzlaşdı

04 Mar 2026, 14:40 2 baxış
Yaxın Şərqdə gərginlik: Çinin neft və gəmiçilik şirkətlərinin səhmləri ucuzlaşdı
Çinin neft və gəmiçilik şirkətlərinin səhmləri Yaxın Şərqdəki münaqişə səbəbindən yaranacaq risklər barədə xəbərdarlıqlar fonunda ucuzlaşıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə “Bloomberg” agentliyi məlumat verib. Məlumata görə, Çin biznesi neft qiymətlərində qeyri-sabitlik və gəmi daşımaları bazarındakı qeyri-müəyyənlik səbəbindən narahatlıqlar fonunda dəyər itirir. Şanxay Fond Birjasında “China Petroleum & Chemical Corp.”, “PetroChina Co.” və “Cnooc Ltd.” şirkətlərinin qiymətli kağızları 10 faiz, gəmiçilik nəhəngləri olan “China Merchants Energy Shipping Co.” və “Cosco Shipping Energy Transportation Co.” şirkətlərinin səhmləri isə gündəlik limit çərçivəsində ucuzlaşıb. Şirkətlər xəbərdarlıq edirlər ki, neft qiymətlərində və yükdaşımaları bazarında kəskin dalğalanmaları proqnozlaşdıra bilmirlər. Analitiklər xəbərdarlıq ediblər ki, bazarın sonrakı hərəkətləri əsasən xarici amillərdən asılı olacaq, buna görə də treyderlər Yaxın Şərqdəki hadisələri yaxından izləməlidirlər. Bu xəbərdarlıqlar neft qiymətlərinin artması və Hörmüz boğazı vasitəsilə enerjidaşıyıcıları tədarükündə fasilələrin yaranması fonunda səhmlərin kəskin bahalaşmasından sonra edilib. “CSI 300” enerji indeksi əvvəlki iki sessiyada təxminən 15 faiz artıb, martın 4-də isə yeddi faiz düşüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər