Dünya
Səudiyyənin şərqində pilotsuz uçuş aparatı ələ keçirildi
Səudiyyə Ərəbistanı Krallığının hava hücumundan müdafiə qüvvələri ölkənin şərq bölgəsində uçuş həyata keçirən pilotsuz uçuş aparatını (PUA) uğurla zərərsizləşdirib. Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, sözügedən hadisə ilə bağlı Krallığın Müdafiə Nazirliyi rəsmi bəyanat yayıb. Qurumun yaydığı məlumata əsasən, hava hədəfi Əş-Şərqiyyə əyalətinin səmasında aşkarlanaraq vurulub.
Mənbə
oxu.az