Dünya

İsrail Beyrutda "Hizbullah"ın obyektlərinə zərbələr endirdi: Ölənlər var - VİDEO

04 Mar 2026, 12:49 2 baxış
İsrail Beyrutda "Hizbullah"ın obyektlərinə zərbələr endirdi: Ölənlər var - VİDEO
İsrailin Livanın paytaxtı Beyrutdan təxminən 60 kilometr cənub-şərqdə yerləşən Baalbek şəhərinə endirdiyi hava zərbələri nəticəsində ən azı dörd nəfər həlak olub. Oxu.Az xəbər verir ki , bu barədə "Əl-Mayadeen" telekanalı məlumat yayıb. Şəhər tibb xidmətlərinin məlumatına görə, azı 10 nəfər isə yaralanıb. Məlumatda qeyd edilir ki, İsrail qüvvələri yaşayış binasına hücum ediblər. Qeyd olunur ki, dağıntılar altında hələ də cəsədlər qala bilər. İsrail Silahlı Qüvvələri Livanın paytaxtı Beyruta silsilə zərbələr endirib. Oxu.Az-ın məlumatına görə, bu barədə İsrail ordusunun açıqlaması yayılıb.
Bəyanatda qeyd olunur ki, əməliyyatın əsas məqsədi şəhərdəki "Hizbullah" hərəkatına aid olan infrastruktur obyektlərini sıradan çıxarmaqdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər