İdman

Əliyar Ağayev Küveytdən Azərbaycana qayıda bilmir

04 Mar 2026, 12:23 1 baxış
Əliyar Ağayev Küveytdən Azərbaycana qayıda bilmir

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev çətin vəziyyətlə üzləşib.


Axar.az Sportal.az-a istinadən xəbər verir ki, referi Azərbaycana geri qayıda bilmir.


Belə ki, o, hazırda Küveytdə qalmağa məcbur olub.


Qeyd edək ki, Azərbaycanın tanınmış futbol hakimi Küveyt kubokunun bir neçə oyununu idarə etmək üçün ora yollanmışdı. Bölgədə yaranmış hərbi gərginlik səbəbindən o, hazırda ölkəyə geri dönə bilmir.


Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb. İran qonşu ölkələrdəki ABŞ bazalarına və İsrailə cavab zərbələri endirir.

Mənbə axar.az

Oxşar Xəbərlər