İdman

Xizək alpinizmində Azərbaycan legionerlərlə də təmsil olunacaq

04 Mar 2026, 11:42 1 baxış
Xizək alpinizmində Azərbaycan legionerlərlə də təmsil olunacaq
"Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarının Azərbaycanda keçirilməsi bizim üçün çox önəmli idi". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi və Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Azərbaycan konsulluğunun prezidenti Günel Bədəlova deyib.
O bildirib ki, xizək alpinizmi üzrə yarışların Azərbaycanda keçirilməsinə 2024-cü ildən başlanılıb: "Bu gün Azərbaycan tarixində ilk dəfə Xizək Alpinizmi üzrə Avropa Çempionatı keçirilir. Yarışlar dörd gün davam edəcək. Çempionat sprint, Mixed Relay, individual və vertikal yarışlardan ibarətdir. Yarışa 18 ölkənin idmançıları və neytral idmançılar qatılıblar. Ölkəmizi bu yarışda beş idmançı təmsil edir. Həmçinin qeyd edim ki, gələn il Azərbaycan Xizək Alpinizmi üzrə Dünya Çempionatına ev sahibliyi edəcək. Federasiyamızın əsas məqsədi sırf azərbaycanlı idmançıların qış idman növlərinə cəlb olunmasıdır. Buna görə də xizək alpinizmində azərbaycanlı idmançılardan ibarət komanda formalaşdırdıq. Ümid edirik ki, növbəti olimpiya oyunlarında daha çox idmançılarımızla təmsil oluna biləcəyik. Qış idman növləri Azərbaycanda yeni formalaşır və təbii ki, onların inkişafı üçün zaman lazımdır. Mümkündür ki, biz müvəqqəti olaraq legionerlərlə də təmsil olunaq. Amma zaman keçdikcə azərbaycanlı idmançılarla təmsilçilik əsas prioritetlərimizdəndir". Azərbaycanı bu yarışda milli komandanın 5 üzvü - Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev təmsil edəcəklər. Murad Nəsimi
Xizək alpinizmində Azərbaycan legionerlərlə də təmsil olunacaq
Mənbə oxu.az

Oxşar Xəbərlər