İdman

Azərbaycan millisinin üzvü beynəlxalq turnirdə beşinci yeri tutdu - FOTO

04 Mar 2026, 11:51 1 baxış
Azərbaycan millisinin üzvü beynəlxalq turnirdə beşinci yeri tutdu - FOTO
"Bu mənim dünya səviyyəsində ikinci yarışım idi". Oxu.Az xəbər verir ki, bunu Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kubokunda sprint yarışları üzrə çıxış edən Azərbaycan milli komandasının üzvü Nurid Şəkərəliyev deyib.
O bildirib ki, yarış çox çətin keçib: "Beşinci yeri tutsam da, yaxşı nəticə göstəridiyimə inanıram. Yarış çox mükəmməl təşkil olunub. Gələcəkdə medal qazanacağıma və Azərbaycan bayrağını yüksəklərdə dalğalandıracağıma əminəm". Qeyd edək ki, Azərbaycanı bu yarışda milli komandanın 5 üzvü- Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev təmsil edirlər. Murad Nəsimi
Azərbaycan millisinin üzvü beynəlxalq turnirdə beşinci yeri tutdu - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər