İdman
KİV: PSJ-nin qapıçısı "Sabah"a keçir
PSJ-nin mərakeşəsilli qapıçısı Bilal Laurendon karyerasını Azərbaycanda davam etdirə bilər. Oxu.Az xəbər verir ki, bu barədə nüfuzlu "L'Equipe" nəşri məlumat yayıb. Bildirilir ki, əcnəbi qolkiperlə "Sabah" klubu yaxından maraqlanır. Xəbərdə bildirilir ki, 2019-cu ildən bəri PSJ-də çıxış edən 20 yaşlı qapıçının bu yay klubdan ayrılıb Azərbaycan təmsilçisinə keçəcəyi gözlənilir. Futbolçunun Paris klubu ilə müqaviləsi 2026-cı ilin 30 iyununa qədərdir. Qolkiperin müqaviləsi yayda başa çatacağından "Sabah"a azad agent statusu ilə pulsuz keçəcəyi istisna olunmur. Məlumata görə, Laurendon indiyə qədər PSJ-nin əsas komandasında heç vaxt meydana çıxmayıb.
Mənbə
oxu.az