Dünya
Çində şir 10 yaşlı qıza hücum edib - VİDEO
Çinin Quanqdonq əyalətində yerləşən zooparkda şir 10 yaşlı qıza hücum edib. Oxu.Az xəbər verir ki, bu barədə "Shanghai Daily" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, qız şirləri yedizdirmək üçün qəfəsə yaxınlaşıb. Ətin əlində olduğunu görən aslanlar ona hücuma keçiblər. Zoopark işçisi dərhal metal çubuq götürərək heyvanı uzaqlaşdırmağa çalışıb. Bir neçə saniyəlik mübarizədən sonra qız aslanın pəncəsindən xilas ola bilib. Kiçik sıyrıqlar alan 10 yaşlı uşaq şok vəziyyətində xəstəxanaya çatdırılıb, ona quduzluğa qarşı peyvənd vurulub.

Mənbə
oxu.az