Dünya

SEPAH: İran İsrail Müdafiə Nazirliyinə və digər obyektlərə zərbələr endirib

04 Mar 2026, 03:44 2 baxış
SEPAH: İran İsrail Müdafiə Nazirliyinə və digər obyektlərə zərbələr endirib
İran qüvvələri İsrail Müdafiə Nazirliyinin binasına, paytaxt Təl-Əviv və Petah-Tikva şəhərlərindəki hərbi obyektlərə zərbələr endiriblər. Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu iddia ilə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) çıxış edib. Bundan əlavə, SEPAH-ın bildirdiyinə görə, İran Qərbi Qalileyadakı bir neçə hərbi mərkəzə və Təl-Əviv yaxınlığında yerləşən Bney-Brak şəhərindəki hərbi infrastruktur obyektlərinə hücum edib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər