Dünya
İsrail ordusu İrana endirilən zərbələr zamanı istifadə olunan sursatın sayın açıqladı
İsrail Hərbi Hava Qüvvələri fevralın 28-dən etibarən İrana endirilən zərbələr zamanı 4 000-dən çox sursat istifadə edib. Oxu.Az İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) nümayəndəsi, briqada generalı Effi Defrin mətbuat konfransında məlumat verib. Defrin bildirib ki, münaqişə başlayandan bəri qırıcı təyyarələr 1 600 döyüş uçuşu həyata keçirib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats ölkəsinin İrana qarşı preventiv zərbə endirdiyini açıqlayıb. Əməliyyat "Şirın nəriltisi" adlandırılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp da Vaşinqtonun hərbi əməliyyatda iştirak etdiyini bəyan edib. Pentaqon ABŞ-nin əməliyyatını "Epik qəzəb" adlandırıb.
Mənbə
oxu.az