Dünya
Trampdan Hörmüz boğazı ilə bağlı mesaj: "Lazım gələrsə, tankerləri müşayiət edəcəyik"
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı açıqlama verib. Oxu.Az xəbər verir ki, məlumatı "TRT Haber" yayıb. D.Tramp bildirib ki, ehtiyac yaranarsa, ABŞ Hərbi Dəniz Qüvvələri bölgədən keçən neft tankerlərini müşayiət edə bilərlər. Qeyd edək ki, İran tərəfi Hörmüz boğazını bağladığını, gəmilərin keçidinə icazə vermədiyini bildirib.
Mənbə
oxu.az