İdman
Azərbaycan Qran-prisi üçün paddokun tikintisinə başlanıb
Bu il keçirilən "Formula-1" üzrə dünya çempionatının Azərbaycan Qran-prisinə hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisi başlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti məlumat yayıb. Paddok hər zamankı kimi Neftçilər prospektində, Hökumət Evinin qarşısında quraşdırılır. BŞH piyadaların və sürücülərin diqqətli olmalarını xahiş edir. Xatırladaq ki, bu il Azərbaycan Qran-prisi 24-26 sentyabr tarixlərində baş tutacaq. Dünyanın ən böyük avtoidman yarışı onminlərlə qonağın iştirakı ilə Bakıya yenidən möhtəşəm yarış həyəcanı qatacaq.
Mənbə
oxu.az