İdman
Azərbaycan Kuboku: İlk yarımfinalçı bu gün müəyyənləşəcək
Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start verilir. Oxu.Az xəbər verir ki, ilk oyun günündə "Zirə" öz meydanında "Sumqayıt"ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 19:00-da start götürəcək. Xatırladaq ki, bu cütlük arasında keçirilən ilk oyun 0:0 hesabı ilə nəticələnib. Azərbaycan kuboku 1/4 final 19:00. "Zirə" - "Sumqayıt" Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov VAR: Tural Qurbanov AVAR: Asiman Əzizli Zirə İdman Kompleksinin stadionu Qeyd edək ki, bu gün mərhələ adlayacaq komanda yarımfinalda "Turan Tovuz" - "Kəpəz" cütünün qalibi ilə üz-üzə gələcək.
Mənbə
oxu.az