İdman

Araz Musayevin bıçaqlanması ilə bağlı həbs edilən federasiya rəsmiləri AZADLIĞA BURAXILDILAR

03 Mar 2026, 09:40 1 baxış
Araz Musayevin bıçaqlanması ilə bağlı həbs edilən federasiya rəsmiləri AZADLIĞA BURAXILDILAR
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboksinq Federasiyasının vitse-prezidenti Elşən Abdulrəhmanov və muay tay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Oxu.Az-ın məlumatına görə, Türkiyənin Antalya şəhərində keçirilən məhkəmə prosesində adı çəkilən şəxslərin təqsiri sübuta yetirilməyib və cinayət işinə xitam verilib. Xatırladaq ki, onlar doqquzqat dünya çempionu Araz Musayevin mayın 28-də Türkiyədə bıçaqlanması ilə bağlı aparılan təhqiqat çərçivəsində "qəsdən adam öldürməyə cəhd" maddəsi üzrə ittiham edilərək həbs olunmuşdular. Məhkəmə istintaqı dövründə onların barəsindəki həbs qəti imkan tədbiri ev dustaqlığı qəti imkan tədbiri ilə əvəz edilmişdi. Fotoda Azər Həsənsoy
Murad Nəsimi
Araz Musayevin bıçaqlanması ilə bağlı həbs edilən federasiya rəsmiləri AZADLIĞA BURAXILDILAR
Mənbə oxu.az

Oxşar Xəbərlər