İdman

Yaxın Şərqdəki əməliyyatlar beynəlxalq idman yarışlarına təsir göstərə bilər

03 Mar 2026, 01:12 1 baxış
Yaxın Şərqdəki əməliyyatlar beynəlxalq idman yarışlarına təsir göstərə bilər
ABŞ və İsrailin İrana qarşı əməliyyatı Yaxın Şərqdə hava nəqliyyatında genişmiqyaslı pozuntulara səbəb olub və bu, beynəlxalq idman yarışlarına təsir göstərə bilər. Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniya saytları məlumat yayıb. Beynəlxalq Paralimpiya Komitəsi bildirib ki, hava məkanının bağlanması martın 6-15-də İtaliyada keçiriləcək Paralimpiadaya iştirakçıların gəlişinə mane olur. Bir sıra tanınmış idmançılar regionu tərk edə bilmirlər. Rusiyalı tennisçi Daniil Medvedev Dubayı tərk edə bilmədiyi üçün ABŞ-də keçiriləcək "Indian Wells Masters" turnirində iştirak etməyə bilər. Eyni vəziyyət hindistanlı badmintonçu Pusarla Venkata Sindhunu da əhatə edir. Uelsin qadın otüstü xokkey yığması Hindistanda planlaşdırılan oyunlarını təxirə salıb. Qətər Futbol Assosiasiyası isə bütün oyunları qeyri-müəyyən müddətə dayandırıb, bu isə Argentina və İspaniya arasında martın 27-də keçiriləcək "Finalissima" matçını sual altına qoyur. Aviasiya sahəsində də ciddi məhdudiyyətlər tətbiq olunub. "Lufthansa Group" bir sıra Yaxın Şərq ölkələrinə və Tehrana uçuşları dayandırıb. Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu da bir neçə istiqamət üzrə reyslərin müvəqqəti ləğv edildiyini açıqlayıb. Buna baxmayaraq, Avstraliyada keçiriləcək "Formula-1" Qran-prisinin təşkilatçıları logistika çətinliklərinə rəğmən yarışın baş tutacağını bildirirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər