Dünya
İtaliya vətəndaşlarını Livan və İraqa səfərlərdən çəkinməyə çağırıb
İtaliya Xarici İşlər Nazirliyi vətəndaşlarını İrandan çıxmaq çağırışını təkrarlayıb və Yaxın Şərqə, xüsusilə İraq və Livana səfərlərdən çəkinməyi tövsiyə edib. Oxu.Az xəbər verir ki, bu barədə İtaliya XİN-in rəsmi saytında məlumat yerləşdirilib. Qurum regionda mümkün hərbi fəaliyyət riski səbəbindən ehtiyatlı olmağa çağırıb və yanvarın sonunda Tehrandakı səfirliyin əməkdaşlarının bir hissəsinin təhlükəsizliklə bağlı İtaliyaya qayıtdığını xatırladıb. Nazirlik, həmçinin İraqa və Livana planlaşdırılan səfərlərin təxirə salınmasını tövsiyə edib. İsraildə olan vətəndaşlara isə diqqətli olmaq və yerli hökumət orqanlarının göstərişlərinə əməl etmək məsləhət görülüb. Bildirilib ki, regionda təhlükəsizlik vəziyyəti qeyri-sabit olaraq qalır və ərazidəki digər İtaliya səfirlikləri gücləndirilmiş hazırlıq rejimində fəaliyyət göstərirlər.
Mənbə
oxu.az