Dünya

Agentlik: İran zənginləşdirilmiş uranın bir hissəsini İsfahandakı yeraltı obyektlərdə saxlayır

28 Feb 2026, 01:12 2 baxış
Agentlik: İran zənginləşdirilmiş uranın bir hissəsini İsfahandakı yeraltı obyektlərdə saxlayır
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) yeni hesabatında İranın zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsinin İsfahandakı nüvə kompleksinin yeraltı sahələrindən birində saxlanıldığını bildirib. Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. BAEA, eyni zamanda, hazırda İranın bəyan etdiyi dörd zənginləşdirmə obyektindən heç birinə giriş imkanının olmadığını vurğulayıb. Agentlik ehtiyatların həcmini, dəqiq yerləşməsini və zənginləşdirmə prosesinin dayandırılıb-dayandırılmadığını təsdiqləyə bilmədiyini qeyd edib. Obyektlərə giriş imkanının olmaması səbəbindən müfəttişlər kommersiya peyk görüntülərindən istifadə edirlər. Şəkillərin təhlili İsfahandakı tunellərin girişlərində nəqliyyatın daimi hərəkətini göstərir. Ehtimal edilir ki, nüvə materialları həmin ərazidə saxlanılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər