Dünya
Yeni müharibə ocağı: Qonşu ölkələr niyə düşmənə çevrildilər? - VİDEO
Cənubi Asiyada uzun illərdir gizli gərginlik fonunda davam edən Pakistan-Əfqanıstan münasibətləri artıq açıq hərbi qarşıdurma mərhələsinə keçib. Sərhəd insidentləri ilə başlayan proses bu dəfə hava zərbələri, qarşılıqlı hücumlar və rəsmi şəkildə "açıq müharibə" ifadəsinin işlədilməsi ilə yeni və təhlükəli fazaya daxil olub. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.
Son eskalasiya "Taliban" qüvvələrinin Pakistan sərhəd postlarına genişmiqyaslı hücumu ilə başlayıb. Kabil bu hücumu Pakistanın fevral ayında həyata keçirdiyi hava zərbələrinə cavab kimi qiymətləndirib. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, zərbələr nəticəsində azı 13 mülki şəxs həlak olub. İslamabad isə əməliyyatların Pakistan daxilində terror hücumları təşkil edən silahlı qrupların sığınacaqlarına qarşı yönəldiyini bildirib. Fevralın 27-də, səhər saatlarında Pakistan ordusu cavab olaraq Əfqanıstanın bir neçə bölgəsinə - paytaxt Kabilə, Qəndəhar və Paktia əyalətlərinə hava zərbələri endirib. Pakistan rəsmiləri bunu "təxribatçı təcavüzə cavab" adlandırıb və ölkənin ərazi bütövlüyünü qorumaq üçün bütün vasitələrdən istifadə ediləcəyini açıqlayıb. Bəs iki qonşu ölkə niyə müharibə həddinə gəlib çatıb? Əsas səbəb Pakistanın uzun müddətdir Əfqanıstandakı "Taliban" hökumətini "Pakistani Taliban", yəni TTP qruplaşmasını dəstəkləməkdə ittiham etməsidir. İslamabad hesab edir ki, Pakistan daxilində artan terror hücumları Əfqanıstan ərazisindən idarə olunur. "Taliban" isə bu ittihamları rədd edir və Pakistanın hava zərbələrini suverenliyə qarşı hücum kimi qiymətləndirir.

Mənbə
oxu.az