Dünya
Tramp: "ABŞ Kuba üzərində nəzarət qurmağı planlaşdırır"
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Kubanı nəzarətə götürməyi planlaşdırır. Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, D.Tramp bu barədə jurnalistlərlə söhbətində deyib. "Kuba hökuməti bizimlə danışıqlar aparır. Onların ciddi problemləri var, maliyyə çətinlikləri yaşayırlar. Ola bilsin ki, Kuba üzərində dostcasına nəzarət quracağıq", - deyə o bildirib. Xatırladaq ki, yanvarın 29-da ABŞ-də imzalanan fərmana əsasən, Vaşinqton Kubaya neft tədarük edən ölkələrin məhsullarına rüsum tətbiq edə bilər. Sənəddə Kubada fövqəladə vəziyyət rejimi də nəzərdə tutulur. Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilya bu addımları kəskin pisləyərək, onların yanacaq tədarükünə "tam blokada" təhlükəsi yaratdığını və beynəlxalq ticarət prinsiplərini pozduğunu bildirib. Vaşinqton isə Kuba ilə enerji blokadası fonunda dialoq apardığını və tərəflərin razılaşmaya yaxın olduğunu qeyd edib.
Mənbə
oxu.az