Dünya

Tramp: "ABŞ İrana qarşı güc tətbiq etməyə də bilər"

28 Feb 2026, 00:48 2 baxış
Tramp: "ABŞ İrana qarşı güc tətbiq etməyə də bilər"
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İrana qarşı güc tətbiq etməyə də bilər. Oxu.Az xəbər verir ki, Tramp bu barədə jurnalistlərlə söhbətində bildirib. O, güc tətbiqi halında ABŞ-nin Yaxın Şərqdə uzunmüddətli münaqişəyə cəlb olunması riskinin mövcud olduğunu etiraf edib. "Məncə, təhlükə həmişə var. Münaqişə şəraitində hər şey baş verə bilər - həm yaxşı, həm də pis", - deyə o bildirib. Tramp, həmçinin ABŞ-nin güc tətbiqinin İranda hakimiyyət dəyişikliyinə gətirib-gətirməyəcəyini bilmədiyini qeyd edib. Bununla yanaşı, o vurğulayıb ki, ABŞ güc tətbiq etməyə də bilər, lakin bəzən buna məcbur olur.
Mənbə oxu.az

Oxşar Xəbərlər