Dünya

Rusiya Müdafiə Nazirliyinin saytı hücuma məruz qalıb

27 Feb 2026, 20:16 2 baxış
Rusiya Müdafiə Nazirliyinin saytı hücuma məruz qalıb
Rusiyanın Rabitə və İnformasiya Kommunikasiyalarına nəzarət xidmətinin və Rusiya Müdafiə Nazirliyinin rəsmi saytları DDoS hücumuna məruz qalıb. Hazırda mütəxəssislər hücumu dəf etməyə çalışırlar. Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə nəzarət xidməti açıqlama yayıb. Qeyd olunub ki, DDoS hücumlar ümumi istifadədə olan rabitə şəbəkəsinin Monitorinq və İdarəetmə Mərkəzi (Roskomnadzor), Rusiya Müdafiə Nazirliyinin informasiya resurslarına qarşı səhər saatlarında etibarən başlayıb. Məlumata görə, hücum həyata keçirən serverlər və botnetlər əsasən Rusiyada, həmçinin ABŞ, Çin, Böyük Britaniya və Niderlandda yerləşir.
Mənbə oxu.az

Oxşar Xəbərlər