Dünya

Rusiyada "Telegram" kanalının təsisçisi dələduzluqda ittiham olunur

27 Feb 2026, 18:42 2 baxış
Rusiyada "Telegram" kanalının təsisçisi dələduzluqda ittiham olunur
Rusiyada "Readovka" "Telegram" kanalının təsisçisi Aleksey Kostılyov dələduzluqda ittiham olunur. Oxu.Az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat veriblər. Bildirilib ki, Kostılyov fevralın 25-də saxlanılıb, müstəntiqlər məhkəmə qarşısında onun iki ay həbsdə saxlanması üçün vəsatət qaldırıblar. İşin digər təfərrüatı açıqlanmır. Qeyd edək ki, Kostılyov "Readovka"nı 2014-cü ildə yaradıb. 2025-ci ilin avqustunda saytın sahibi dəyişib, Kostılyov isə baş redaktorluqdan gedib və başqa layihələrlə məşğul olmağa başlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər