Dünya

Türkiyə regiondakı gərginliyi diqqətdə saxlayır: Hakan Fidan dörd nazirlə danışıqlar apardı

27 Feb 2026, 16:54 2 baxış
Türkiyə regiondakı gərginliyi diqqətdə saxlayır: Hakan Fidan dörd nazirlə danışıqlar apardı
Türkiyənin xarici işlər naziri Hakan Fidan dörd ölkədən olan həmkarları ilə Əfqanıstan-Pakistan münaqişəsini müzakirə edib. Oxu.Az xəbər verir ki, bu barədə TASS Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəsinə istinadən məlumat yayıb. "Nazir bu gün Pakistan, Əfqanıstan, Qətər və Səudiyyə Ərəbistanından olan həmkarları ilə telefon danışıqları aparıb. Danışıqlar zamanı Pakistan və Əfqanıstandakı son hadisələr müzakirə olunub", - deyə agentliyi məlumatlandıran mənbə bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər