Dünya

"Warner" uğrunda mübarizə: "Netflix" imtina etdi, "Paramount" liderdir

27 Feb 2026, 15:34 2 baxış
"Warner" uğrunda mübarizə: "Netflix" imtina etdi, "Paramount" liderdir
"Netflix" şirkəti "Warner Bros. Discovery"nin (WBD) aktivlərini almaqdan vaz keçdiyini rəsmi şəkildə bəyan edib. "Netflix" yayım xidməti 2025-ci ilin dekabr ayından bəri aktivlər üçün mübarizə aparırdı. Oxu.Az-ın xəbərinə görə, bu barədə şirkətin rəsmi saytında məlumat verilib. WBD-nin direktorlar şurası "Paramount"un təklifini daha sərfəli hesab edib. "Netflix" 83 milyard dollardan çox təklif verməyə hazır olmayıb. Xatırladaq ki, 2025-ci il dekabrın 8-də "Paramount" şirkəti "Warner"i 108 milyard dollara satın almaq istədiyi bildirilmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər