Dünya
Ukrayna üçün 8.1 milyard dollarlıq yeni yardım paketi təsdiqləndi
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Ukrayna üçün 8.1 milyard dollarlıq yeni maliyyələşdirmə proqramını təsdiqləyib. 48 aylıq "Genişləndirilmiş Maliyyələşdirmə Mexanizmi" çərçivəsində 1.5 milyard dollar dərhal Kiyevə ödəniləcək. BVF hesab edir ki, növbəti dörd il ərzində Ukraynanın maliyyə çatışmazlığı 136.5 milyard dollar civarında olacaq. Bu boşluq donor dəstəyi və borcun yenidən təşkil olunması ilə qarşılanacaq. BVF-in rəhbəri Kristalina Georgieva bildirib ki, risklər çox yüksəkdir və proqramın uğuru Kiyevin islahatlara sadiqliyindən asılıdır. Ukrayna büdcə kəsirini artıq bir neçə ildir Qərb tərəfdaşlarının kredit və qrantları ilə doldurur. BVF Kiyevin əsas kreditorlarından biridir, hazırda 15.6 milyard dollar məbləğində EFF proqramı qüvvədədir (2023-2027), lakin Ukrayna yenisini tələb edir.
Mənbə
oxu.az