Dünya
İranda zəlzələ olub
Bu gün səhər saatlarında İranın Kirmanşah əyalətinin Qəsr-Şirin bölgəsində Rixter cədvəli üzrə 4.6 bal gücündə zəlzələ baş verib. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir. Məlumata görə, 07:31-də meydana gələn zəlzələnin ocağı 11 kilometr dərinlikdə qeydə alınıb. Hazırda təbiət hadisəsi nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmadığı bəlli deyil.
Mənbə
oxu.az