Dünya
Pakistan Əfqanıstanın itkilərini açıqladı: Azı 133 nəfər ölüb, xeyli yaralı var
Pakistanla sərhəddə baş verən münaqişədə Əfqanıstan ordusunun azı 133 hərbçisi həlak olub, 200-dən çoxu yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar məlumat verib. Onun sözlərinə görə, Pakistan ordusu Əfqanıstanın 27 hərbi postunu məhv edib və daha 9-nu nəzarətə götürüb. Məlumata görə, tanklar, artilleriya və zirehli transportyorlar da daxil olmaqla 80-dən çox hərbi texnikaya da ziyan dəyib. "Kabil, Paktiya və Qəndəharda Əfqanıstanın "Taliban" hərəkatının müdafiə mövqelərinə zərbələr endirilib", - deyə nazir bildirib.
Mənbə
oxu.az