Dünya

Braziliyada daşqınlar: Tabutlar küçələr boyu üzdü

27 Feb 2026, 06:00 2 baxış
Braziliyada daşqınlar: Tabutlar küçələr boyu üzdü
Braziliyanın Uba şəhərində daşqın zamanı tabutlar küçələrlə üzməyə başlayıb. Oxu.Az bu barədə "G1" portalına istinadən xəbər verir. Minas-Jerays ştatında yerləşən şəhərə güclü yağışlar yağıb. Daşqın nəticəsində, o cümlədən dəfn bürosunu da su basıb. Müəssisənin anbarından bir neçə tabutu su aparıb, bundan sonra sel axını onları küçəyə çıxarıb. Təbii fəlakət səbəbindən ştatda fövqəladə vəziyyət rejimi elan edilib. Həlak olanların sayı 48 nəfərə çatıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər