Dünya
Dünyanın ən yaşlı atı müəyyən edildi: Ginnesin Rekordlar Kitabına düşdü
ABŞ-də Virciniya ştatından olan ev atı rəsmi olaraq Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın yaşayan ən qoca atı kimi tanınıb. Oxu.Az bu barədə UPI-yə istinadən xəbər verir. Peyc Siqmon Blumerə məxsus "Fensi" ləqəbli at 37 yaş 329 günə çatıb. Sənədlərə əsasən, heyvan 1 aprel 1988-ci ildə doğulub. Qadın ev heyvanının yaşını təsdiqləyən sənədləri təqdim etdikdən sonra heyvan rəsmi olaraq rekordçu kimi tanınıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az