Dünya
Ermənistan Polşa ilə hərbi saziş bağladı
Ermənistan və Polşa hərbi-texniki əməkdaşlıq haqqında saziş bağlayıblar. Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış imzalayıblar. Mərasim Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Polşaya rəsmi səfəri çərçivəsində baş tutub. Qeyd edək ki, Polşa NATO-nun, Ermənistan isə KTMT-nin üzvüdür.
Mənbə
oxu.az