Dünya

Türkiyə ABŞ-nin hücumu halında İrana daxil olacaq? - Ankara iddialara aydınlıq gətirdi

26 Feb 2026, 18:16 2 baxış
Türkiyə ABŞ-nin hücumu halında İrana daxil olacaq? - Ankara iddialara aydınlıq gətirdi
Türkiyə Müdafiə Nazirliyi bəzi xarici KİV-in ABŞ tərəfindən hücum ediləcəyi təqdirdə Türkiyənin İran ərazisinə daxil olacağı planları barədə iddialarını təkzib edib. Oxu.Az-ın İHA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk nazirliyin həftəlik mətbuat brifinqində çıxışı zamanı məlumat verib. "ABŞ-nin İrana hücumu halında Türkiyənin təhlükəsizlik səbəbi ilə İran ərazisinə daxil olmağı planlaşdırdığına dair iddialar həqiqəti əks etdirmir", - deyə Zeki Aktürk bildirib. Qeyd edək ki, daha əvvəl Qərb KİV-də yayılan xəbərlərdə İran və ABŞ arasında münaqişənin gərginləşməsi halında Ankaranın İran ərazisində bufer zonasının yaradılması üzrə planlar hazırladığı iddia edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər