Dünya
Davos Forumunun prezidenti Epşteynlə əlaqələr səbəbindən İSTEFA VERDİ
Amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı sənədlərə görə Davos Dünya İqtisadi Forumunun (DDİF) prezidenti və baş icraçı direktoru Börge Brende istefa verib. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Brende agentliyə bildirib ki, o, forum rəhbərliyinin Epşteynlə əlaqələrini araşdırmaq üçün yoxlamalar başladıldıqdan sonra istefaya gedib. Daha əvvəl mediada yayılan məlumatlara görə, Brende DDİF-in Himayəçilər Şurasına məktub göndərərək 2019-cu ilin iyulunda Epşteynə qarşı ittihamlar məlum olduqdan sonra rəhbərliyə əlaqələr barədə məlumat verdiyini bildirib. PDF-lərdə isə 2018-2019-cu illərdə Brende ilə Epşteyn arasında çoxsaylı məktublaşmalar və dialoqlar yer alır, bu isə onlar arasında dostluq münasibətlərini göstərir.
Mənbə
oxu.az