Dünya

Abbas Əraqçı: "İran həm dinc, həm də hərbi ssenarilərə tam hazırdır"

26 Feb 2026, 14:06 2 baxış
Abbas Əraqçı: "İran həm dinc, həm də hərbi ssenarilərə tam hazırdır"
"İran həm dinc, həm də hərbi ssenarilərə tam hazırdır". Oxu.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı Cenevrədə ABŞ ilə danışıqlardan əvvəl bildirib: "Biz müharibə və sülh üçün hazırıq. Silahlı qüvvələrimiz tapşırıqları yerinə yetirməyə qadirdir. Məqsədimiz isə münaqişənin qarşısını almaqdır". O həmçinin əlavə edib ki, İranın dinc nüvə proqramı ilə bağlı hərbi həll variantı yoxdur: "Narahatlıqları həll etməyə hazırıq, lakin dinc nüvə texnologiyasından istifadə hüququmuzda güzəşt etməyəcəyik". Xatırladaq ki, yanvar ayında Ağ Ev İrana qarşı güc tətbiqini nəzərdən keçirsə də, sonradan Tehranın nüvə silahı planından imtina üzrə ədalətli və bərabər razılaşmaya gəlinəcəyinə ümid etdiyini bildirib. Tehran isə dəfələrlə nüvə silahı hazırlamaq niyyətində olmadığını bəyan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər