Dünya

Serbiyanın daxili işlər naziri xəstəxanaya yerləşdirilib: VƏZİYYƏTİ AĞIRDIR

26 Feb 2026, 11:30 2 baxış
Serbiyanın daxili işlər naziri xəstəxanaya yerləşdirilib: VƏZİYYƏTİ AĞIRDIR
Serbiya Prezidenti Aleksandar Vuçiç Baş nazirin müavini, daxili işlər naziri İvitsa Daçiçin vəziyyətinin ağır olduğunu bildirib. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Vuçiç hökumət üzvləri ilə birlikdə onu Serbiya Klinik Mərkəzində ziyarət etdiklərini, həkimlərə güvəndiklərini və sağalması üçün dua etdiklərini deyib. Klinikadan bildirilib ki, Daçiçə ağır pnevmoniya diaqnozu qoyulub və vəziyyəti son dərəcə ciddidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər