Dünya

Kamçatkada 6,5 maqnitudalı zəlzələ oldu

26 Feb 2026, 11:50 2 baxış
Kamçatkada 6,5 maqnitudalı zəlzələ oldu
Rusiyanın Kamçatka bölgəsinin akvatoriyasında 6.5 maqnitudalı zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb. Petropavlovsk-Kamçatsk şəhərində yeraltı təkanlar təxminən 3 bal gücündə hiss edilib. Zəlzələnin episentri sözügedən şəhərdən 236 km aralıda, ocağı isə 32.9 kilometr dərinlikdə olub. İtki və dağıntı barədə məlumat verilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər