Dünya

Kuba sahillərində atışma: Saxlanılanlardan maraqlı etiraflar

26 Feb 2026, 10:46 2 baxış
Kuba sahillərində atışma: Saxlanılanlardan maraqlı etiraflar
Katerlə Kuba akvatoriyasına daxil olaraq atəş açan şəxslər saxlanıldıqda terror məqsədilə ölkəyə sızmaq istədiklərini etiraf ediblər. Oxu.Az xəbər verir ki, bu barədə Kuba prezidentinin və hökumətinin mətbuat xidməti məlumat yayıb. Məlumatda Florida ştatında qeydiyyatdan keçmiş katerdə 10 silahlı şəxsin olduğu bildirilib. Saxlanılanların ilkin ifadələrinə əsasən, onların məqsədi terror niyyətli sızma həyata keçirmək olub. Onlardan avtomat silahlar, tapançalar, əldəqayırma partlayıcı qurğular, zirehli geyimlər və kamuflyaj formaları müsadirə edilib. Nazirlik əlavə edib ki, iştirakçıların hamısı ABŞ-də yaşayan Kuba vətəndaşlarıdır və əksəriyyəti keçmişdə cinayət törədən şəxslərdir. Daha əvvəl ABŞ-yə məxsus katerin Kuba sularına daxil olaraq sərhədçilərə atəş açdığı, nəticədə dörd nəfərin öldüyü, altı nəfərin yaralandığı bildirilib və ABŞ Nümayəndələr Palatasının üzvü Karlos Ximenes dərhal hadisəni araşdırmağa başlayıb. "The New York Times" isə atəş açan katerin ABŞ Hərbi Dəniz Qüvvələrinə və ya Sahil Mühafizəsinə məxsus olmadığını, Kubadan qohumlarını təxliyə edən mülki şəxsin qayığı olduğunu yazıb. ABŞ dövlət katibi Marko Rubio administrasiyanın hadisədə iştirakını təkzib edərək bildirib ki, açıq dənizdə belə atışmalar nadir hallarda baş verir. O, ABŞ-nin müstəqil araşdırma aparacağını və nəticələrin Prezident Donald Trampa təqdim ediləcəyini deyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər