Digər

Raket hücumu: Polşa qırıcıları havaya qaldırıldı

26 Feb 2026, 10:37 2 baxış
Raket hücumu: Polşa qırıcıları havaya qaldırıldı

Rusiyanın Ukraynanı kütləvi raket və PUA atəşinə tutması səbəbindən Polşa qırıcıları havaya qaldırılıb.


Axar.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.


“Qırıcı təyyarələr hərəkətə keçib, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat vasitələri ən yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib”, - məlumatda deyilib.


Qeyd olunub ki, görülən tədbirlər profilaktik xarakter daşıyır və həssas bölgələrlə həmsərhəd ərazilərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib.

Mənbə axar.az

Oxşar Xəbərlər