Cəmiyyət

Naxçıvan və Şərurun bəzi ərazilərində qaz olmayacaq

17 Aug 2026, 09:53 2 baxış
Naxçıvan və Şərurun bəzi ərazilərində qaz olmayacaq
Bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun və Naxçıvan şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar olaraq saat 10:00-dan işlər yekunlaşanadək Şərur rayonunun Axaməd, Maxta və Kərimbəyli kəndlərinin, saat 14:30-dan işlər yekunlaşanadək Naxçıvan şəhərinin Əliabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər