Rusiya Ukrayna savaşında 1,4 milyon əsgər itirib - Forbes
Rusiya Ukraynaya genişmiqyaslı müdaxilənin başlanmasından bəri döyüş meydanında təxminən 1,4 milyon itki verib, 2026-cı ildə isə Rusiyanın itkiləri ayda orta hesabla 30 min hərbçi təşkil edir.
Axar.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.
"Bu fonda Moskvada Dövlət Dumasına payız seçkilərindən sonra yeni səfərbərlik dalğasının hazırlanması ehtimal olunur.
Eyni zamanda, böyük itkilərə baxmayaraq, Rusiya 2026-cı ilin yaz və yay hücum kampaniyaları zamanı əhəmiyyətli əməliyyat uğurları əldə edə bilməyib.
İtkilər yalnız şəxsi heyətlə məhdudlaşmır.
Rusiya həmçinin əhəmiyyətli sayda hərbi texnika və Qara dəniz donanmasının gəmilərini itirib, Ukraynanın neft emalı infrastrukturuna endirdiyi zərbələr isə Rusiya iqtisadiyyatına əlavə təzyiq yaradıb"-, məlumatda deyilib.