Putin Ukraynanı "arxa həyətinə" çevirib - Serri
Qərb Rusiyanın təcavüzünə dolayı şəkildə şərait yaradıb, çünki Ukraynanın NATO-ya üzvlüyünü təmin etməməklə Putinə Ukraynanı Rusiyanın təsir dairəsində görmək üçün əsas verib.
Axar.az xəbər verir ki, bu barədə Niderlandın 1992–1996-cı illərdə Ukraynadakı ilk səfiri Robert Serri deyib.
O, xüsusilə 2008-ci ildə Buxarest sammitində Ukraynanın NATO-ya dəvət edilməməsi ilə bağlı Qərbin qərarını tənqid edib:
"Alyansa üzvlüklə bağlı konkret Fəaliyyət Planı əvəzinə Kiyevə gələcəkdə nə vaxtsa NATO-ya qəbul ediləcəyinə dair qeyri-rəsmi vəd verildi, lakin bununla bağlı heç bir konkretlik olmadı. Əslində bu, Ukraynanın Putinlə NATO arasında bir növ “boz zona”da buraxılması demək idi. Və Putin Ukraynanı özünün “arxa həyəti” hesab etmək qərarına gəldi. Bundan sonra, bildiyiniz kimi, o, Gürcüstana müdaxilə etdi, daha sonra isə Ukraynaya müdaxilə etmək qərarına gəldi. Ona görə də NATO-nun bu müharibəyə görə məsuliyyət daşıdığı fikrini qəti şəkildə rədd etmək doğru deyil, bütün məsuliyyət Putinin üzərinə düşür, eyni zamanda, NATO-nun burada müəyyən rolu olduğunu da qəbul etməliyik. NATO 2008-ci ildə Ukraynanın alyansa üzv olmaq istəyinə daha konkret cavab versəydi, Rusiya-Ukrayna müharibəsi heç baş verməyə də bilərdi".