Cəmiyyət

Gecə saatlarında naməlum maşın dəhşətli qəzaya səbəb oldu: Xəsarət alanlar var - FOTO

17 Aug 2026, 09:48 3 baxış
Gecə saatlarında naməlum maşın dəhşətli qəzaya səbəb oldu: Xəsarət alanlar var - FOTO
Ucarda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Pirkənd kəndindən keçən hissəsində baş verib. Belə ki, Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Qasım Adıgözəlovun idarə etdiyi "Mercedes" markalı minik avtomobilini naməlum maşın arxadan vuraraq hadisə yerindən qaçıb. Toqquşmadan sonra avtomobil yoldan çıxaraq əvvəlcə beton arakəsməyə daha sonra işıq dirəyinə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişinlər - Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Tofiq Əsgərli və Gəncə şəhər sakini, 2003-cü il təvəllüdlü Mahir Ələsgərov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Sürücünün dediyinə görə, gecə saatları olması səbəbindən onu vuran avtomobilin markasını görməyib. Qeyd edək ki, bu son 2 gün ərzində Bakı-Qazax magistralının Ucar rayonundan keçən hissəsində baş verən 5-ci yol-nəqliyyat hadisəsidir. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
Gecə saatlarında naməlum maşın dəhşətli qəzaya səbəb oldu: Xəsarət alanlar var - FOTO Gecə saatlarında naməlum maşın dəhşətli qəzaya səbəb oldu: Xəsarət alanlar var - FOTO Gecə saatlarında naməlum maşın dəhşətli qəzaya səbəb oldu: Xəsarət alanlar var - FOTO Gecə saatlarında naməlum maşın dəhşətli qəzaya səbəb oldu: Xəsarət alanlar var - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər