Digər

Belqoroda raket hücumu: 6 nəfər həlak oldu

17 Aug 2026, 09:50 2 baxış
Belqoroda raket hücumu: 6 nəfər həlak oldu

Ukrayna ordusunun Belqorod vilayətinin Koloskovo kəndinə endirdiyi zərbələr nəticəsində 6 dinc sakin həlak olub.


Axar.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Şuvayev bildirib.


Bundan başqa, 4 nəfər, o cümlədən 1 uşaq xəsarət alıb. Xəsarət alanlardan ikisi xəstəxanaya yerləşdirilməkdən imtina edib, digərləri, o cümlədən 14 yaşlı yeniyetmə isə xəstəxanaya göndərilib.


Qubernator qeyd edib ki, zərbə nəticəsində, həmçinin bir tikili yanıb və minik avtomobili zədələnib.

Mənbə axar.az

Oxşar Xəbərlər