Dünya
Ukrayna ordusunun Belqoroda hücumu: Ölən və yaralananlar var
Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin Koloskovo kəndinə raket zərbələri endirib. Hadisə nəticəsində altı nəfər həyatını itirib, daha dörd nəfər isə xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu barədə vilayət qubernatorunun səlahiyyətlərini icra edən Aleksandr Şuvayev özünün MAX kanalında məlumat paylaşıb. "Ukrayna ordusu Valuy dairəsinin Koloskovo kəndini raket atəşinə tutublar. Altı dinc sakin həlak olub, dörd nəfər yaralanıb, xəsarət alanların arasında bir uşaq da var", - deyə o qeyd edib.
Mənbə
oxu.az