Dünya
Kolumbiyada palçıq vulkanı püskürdü: Yerli əhali təxliyə edilir
Kolumbiyada güclü palçıq vulkanı püskürüb, hakimiyyət orqanları yerli əhalini təxliyə edir. Oxu.Az xəbər verir ki, bu barədə "BNO News" məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi Antiokiya bölgəsinin San-Xuan-de-Uraba rayonunda baş verib. "Hakimiyyət orqanları palçıq vulkanının yerli sutəmizləmə stansiyası və yaşayış evlərinin yaxınlığında püskürdüyünü bildirib", - deyə nəşrdə bildirilib. Rəsmi şəxslərin məlumatlarına görə, hadisə zamanı xəsarət alan olmayıb. Hazırda yalnız Syete-Vueltas rayonuna gedən yolun zədələnməsi qeydə alınıb.

Mənbə
oxu.az