Digər

Ukraynanın bu qədər ərazi itirməsinin səbəbi budur

26 Feb 2026, 09:00 2 baxış
Ukraynanın bu qədər ərazi itirməsinin səbəbi budur

Rusiya yalnız genişmiqyaslı işğalın əvvəlində Ukraynanın əhəmiyyətli ərazilərini ələ keçirə bilib. Bu, yaxşı göstəricidir, böyük ərazidir. Bu isə bizim üçün, bizim vəziyyətimiz üçün pis göstəricidir. Biz hazır deyildik. Buna görə də başlanğıcda çox şey itirdik.


Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın Milli Qvardiyasının komandanı, briqada generalı Aleksandr Pivnenko deyib.


“Əgər biz bilsəydik, inamla hərəkət etsəydik, hər kəs mövqelərdə yerləşdirilmiş olsaydı, bütün körpülər vaxtında partladılmış olsaydı, belə olmazdı”, – deyə Pivnenko bildirib.


O əlavə edib ki, Ukrayna genişmiqyaslı müharibə başlamazdan əvvəl İsrailin nümunəsini izləyə bilərdi. Xüsusilə də, işğalçıların planlarını pozmağa imkan verəcək preventiv (qabaqlayıcı) zərbədən söhbət gedir:


“Bilirsiniz, İsrail necə işləyir. Bu, kiçik ölkədir. Amma onların kəşfiyyat məlumatları olanda hadisələri qabaqlayırlar. Təyyarələrini havaya qaldırır və məhv edirlər. Çünki bilirlər ki, sabah orada döyüş əməliyyatları olacaq. Onlar əvvəlcədən məhv edirlər. Eynilə bizim etdiyimiz kimi. Əgər biz bilsək ki, düşmən bizə hücum edir, məlumatları anlayırıqsa, onun fəaliyyət göstərəcəyi cəmləşmə rayonunun harada olduğunu bilirik, biz ora bütün vasitələri yönəldib onu məhv edirik. Əgər biz belə hərəkət etsəydik, o zaman hər şey başqa cür olardı”.

Mənbə axar.az

Oxşar Xəbərlər