Digər

Fiber-optiklə idarə olunan dronlar Xarkova çatdı

26 Feb 2026, 01:57 2 baxış
Fiber-optiklə idarə olunan dronlar Xarkova çatdı

Rusiya qüvvələrinin fiber-optik ilə idarə olunan dronu Xarkovun şimalına qədər çata bilib.


Axar.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müşaviri Sergey Beskrestnov məlumat verib.


“Bu, bizim texnoloji baxımdan həll etməli olacağımız real təhlükələrdir. Burada radioelektron kəşfiyyat əsasında aşkarlama işləməyəcək. Radarlar (radiolokasiya stansiyaları) kömək edə bilər, lakin FPV dron aşağı hündürlükdə uçarsa, onlar da tam həll deyil. Akustik üsul? Ola bilsin”, – deyə o əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər