Dünya
KİV: Serbiyanın daxili işlər naziri xəstəxanaya yerləşdirilib
Serbiyanın daxili işlər naziri İvitsa Daçiç ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Oxu.Az xəbər verir ki, bu barədə "Blic" telekanalı mənbəyə istinadən məlumat yayıb. Nazirin vəziyyəti son saatlarda daha əvvəl diaqnoz qoyulmuş ikitərəfli pnevmoniya səbəbindən kəskin pisləşib. Məlumata görə, Daçiç süni nəfəs aparatına qoşulub.
Mənbə
oxu.az