Digər

ABŞ Venesuela neftinin Kubaya satışına icazə verdi

26 Feb 2026, 01:03 2 baxış
ABŞ Venesuela neftinin Kubaya satışına icazə verdi

Özəl sektoru dəstəkləmək məqsədilə Venesuela neftinin bir hissəsinin xüsusi lisenziyalar çərçivəsində Kubaya yenidən satışına icazə veriləcək.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.


Bildirilib ki, tələb olunan müqavilələr Venesuelaya verilən lisenziyanın şərtlərinə uyğun olmalıdır və müraciət edənlərdən ABŞ-da hüquqi şəxsə sahib olmaq tələb olunmur.


Bununla belə, ABŞ sanksiyalarına məruz qalanlar da daxil olmaqla, Kubanın silahlı qüvvələri, kəşfiyyat orqanları və ya dövlət qurumları ilə hər hansı əməliyyat qadağandır.

Mənbə axar.az

Oxşar Xəbərlər