Digər

Belarusda bu kənd 10 min dollara satışa çıxarıldı - Foto

26 Feb 2026, 01:14 2 baxış
Belarusda bu kənd 10 min dollara satışa çıxarıldı - Foto

Belarusda Veseluxa adlı bir kənd satışa çıxarılıb.


Axar.az “Unian”a istinadən xəbər verir ki, kənd 30 min Belarus rubluna (təxminən 10530 dollar) satışa çıxarılıb.


Elan məlumatına görə, kənd Belarusun Vitebsk vilayətində yerləşir. Kənddə üç böyük həyəti olan yaşayış evi var. Yaxınlıqda meşə və çay yatağı yerləşir.


Evlərdən birinin sahəsi 43 m²-dir.


Bundan əlavə, elanda qeyd olunur ki, kənddə quyu mövcuddur və elektrik xətti çəkilib. Kəndin torpaq sahəsinin ümumi ölçüsü 2 hektardır. Satıcı bildirir ki, hər üç evin sənədləri qaydasındadır.

Mənbə axar.az

Oxşar Xəbərlər